"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“99 Allahın adıyla tədbiri açıq elan edirəm” fikrinin səsləndirilməsini necə başa düşək? 124 saylı tam orta məktəbdə keçirilən Novruz şənliyinə qısa bir nəzər

--2023-03-24 / 13:03

Bu günlərdə Novruz bayramı ərəfəsində Xəzər rayonu Mərdəkan qəsəbəsi 124 saylı məktəbdə təşkil edilən iki saatlıq bayram şənliyinin videoçəkilişini izlədim. Novruz şənliyinin maraq doğuran və teatrlaşdırılmış səhnələrə geniş yer verilən kompozisiyaya uyğun keçirilməsini müəyyən mənada təqdirəlayiq hesab etmək olar. Ümumiyyətlə, təhsil ocaqlarında bu cür kreativ ideyalara üstünlük verilməsi məqbul sayılmalıdır. Etiraf edim ki, təxminən iki saatlıq vaxtın necə keçdiyini hiss etmədim. Ancaq tədbirdə təqdim edilən və səsləndirilən iki məqam tam şəkildə bu tədbirə yüksək qiymət verməyimə məndə tərəddüd yaratdı.

Öncə qeyd edim ki, mən özüm də əmək fəaliyyətinə müəllim kimi başladığımdan, valideynlərim də uzun illər vaxtı ilə müəllim və təhsil ocağının rəhbəri olduğundan, üstəlik babam da ötən əsrin əvvəllərində şuşa seminarıyasında təhsil aldığından ailəmizdə təhsilə, təhsilin inkişafına yönəlik addımlar daim diqqətdə saxlanılıb.Və bu ənənə hazırda da qorunur. Odur ki, bu sahəylə bir növ bağlı olduğumdan təhsil ocağında təşkil edilən hər bir tədbirin məktəb rəhbərliyinin diqqətində olması, firkimcə, ən vacib şərtdir.

Novruz ənənələrinin yaşadılmasında və onun gənc nəslə təbliğində bu cür tədbirlərin əhəmiyyəti əslində böyük olmalıdır. Bu cür məsuliyyətli layhələrin icrasında məktəb direktoru “yüz dəfə ölçüb, bir dəfə biçməli” prinsipinə riayət etməyə borcludur.

Odur ki, kompozisiyanın təşklinə müsbət yanaşsam da, təşkil edilən bu şənliyin müəyyən məqamlarını qənaətbəxş hesab etmirəm.

əsas aparıcı yük kompozisiyada baş rolda məktəb direktorunun özünün olması əslində onun məsuliyyətini bir xeyli artırmış olmalı idi.

At belində Azərbaycan bayrağının dalğalandırılması, xoruz döyüşünün təşkili, milli ornamentlərlə dolu səhnənin quraşdırılması və buna uyğun milli geyimlərlə təqdimat diqqəti çəksə də, baş rolun aparıcısının hansı obrazda özünü görməsi maraqlı idi.

Üstəlik, hər dəfə “99 Allahın adıyla tədbiri açıq elan edirəm” fikrinin səsləndirilməsini necə başa düşək? Bunun izahını məktəb direktoru versə yaxşı olardı. Üstəlik bu gün Bütov Azərbaycan ideyası haqqında danışdığımız bir vaxtda, minlərlə həmyerlilərimizin vaxtı ilə mənfur ermənilər tərəfindən qovulduqları Qərbi Azərbaycana qayıdışıyla bağlı fikirlərin səsləndirildiyi vaxtda, kompozisiyada xanlıqların təqdimatını yersiz hesab edirəm. indiki həssas bir vaxtda bu bölücülüyə xidmət edən təqdimat kimə lazım idi? Və yaxud “insanlığmız olarsa biz israili də, ABş-da və Yaponiyanı da geridə qoyarıq” fikri isə heç ağlabatan deyil. Hörmətli direktor insanlığmızı aşağı səviyyədə hiss edirsə, demək özünündə günah payı var. Ancaq necə aşağı ola bilər ki, məhz bu insanlığımızın hesabına 44 gün ərzində otuz il işğal altında olan torpaqlarımızı erməni işğalından azad etmişik. Nə isə...

Böyüməkdə olan azyaşlılara və gənc nəsilə bu fikirlərin təbliğinin, düşünürəm ki, heç bir halda yeri yox idi.

Etiraf etməliyəm ki, həm milli geyimlərə, həm səhnənin quraşdırılmasına, o cümlədən tədbirin çəkilişinə yəqin ki, ciddi maliyyə vəsaiti xərclənib. Bu xərclərin və əziyyətin qarşılığında yalnışlıqlara yol verilməsi təəssüf doğurur.

Hər halda gəldiyim qənaət odur ki, bütün hallarda Elm və Təhsil Nazirliyi bu tədbirə öz münasibətini bildirməklə yanaşı, gələcəkdə keçiriləcək bu tipli tədbirlər üçün strateji yol xəritəsi hazırlamağa borcludur. Müstəqil dövlətimizi yaşatmaq, inkişaf etdirmək və ətrafımızda olan mənfur ermənilərə daim layiqli və tutarlı cavab verməyimiz üçün gənc nəslin düzgün istiqamətdə təlim-tərbiyəsiylə, habelə Azərbaycançılıq ideyasının təbliği ilə ciddi şəkildə məşğul olmalıyıq. Bu hər birimizin bilavasitə borcudur.

Vüqar Tofiqli

https://www.youtube.com/watch?v=lWB5qbyHXiA&t=1s

 

ŞƏRHLƏR